"Marko Asensionun qiyməti 700 milyon avrodu. Bir avro da aşağı qiymətə satıla bilməz". Fanat.Az xəbər verir ki, bu sözləri "Real"ın prezidenti Florentino Peres deyib.
Klub rəhbəri son dövrlər İngiltərə klublarının maraq dairəsində olduğu deyilən gənc futbolçunun komandadan getmək istəmədiyini bildirib: "O, "Real"ı tərk etmək istəmir. Baş məşqçinin Markoya güvənmədiyini düşünməyin. Kənardan Beyl-Benzema-Ronaldo triosuna daha çox şans verildiyi görünə bilər. Amma Zidan Asensioya heyrandı. Ötən yay Markoya görə bizə 150 milyon avro təklif etmişdilər. Amma nə mən, nə də Zidan onu satmaq haqda düşündük".
Fanat.Az