"Arsenal" forma sponsoru "Emirates" şirkəti ilə müqavilənin müddətini uzadıb. Fanat.Az xəbər verir ki, şirkət daha 5 il London klubunun forma sponsoru olacaq.
2023/24 mövsümünün sonunadək nəzərdə tutulan müqavilə "Arsenal"a 280 milyon dollar qazandıracaq. Bununla da "Arsenal"la "Emirates" əməkdaşlığı 18 ilə çatacaq. Klubla şirkət ilk dəfə 2006-cı ildə müqavilə imzalayıb.
Bu "Arsenal" tarixinin rekordu olacaq. Belə ki, London klubunun bundan əvvəlki ən uzun əməkdaşlı JVC ilə olub. Klub bu şirkətlə 1981-1999-cu illər aralığında fasiləsiz 17 əməkdaşlıq edib.
Fanat.Az