Türkiyə Super Liqasında XXIII tura start verilib. Fanat.Az xəbər verir ki, açılış oyununda "Qalatasaray" "Bursaspor"u qəbul edib.
İstanbul klubu doğma meydanda darmadağınla qələbə qazanıb - 5:0. Bafetimbi Qomisin het-trik etdiyi oyunda ari Rodriges və Serdar Aziz bir qol vurub.
"Qalatasaray" bu qələbə sayəsində turnir cədvəlinin birinci pilləsinə yüksəlib. 47 xalı olan "Cim-Bom" "Başakşəhər"i 1, "Fənərbaxça"nı 3 xal qabaqlayır.
Fanat.Az