Super Liqanın XXIII turu çərçivəsində bu gün "Gənclərbirliyi"ini qəbul edəcək "Başakşəhər"də Arda Turan şoku yaşanır.
Fanat.Az xəbər verir ki, futbolçu sağ ayağından zədə alıb. Bu səbəbdən baş məşqçi Abdullah Avcı onun adını heyətdən çıxarıb.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. "Başakşəhər" 46 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və "Qalatasaray"dan 1 xal geri qalır. "Gənclərbirliyi" isə 25 xalla 13-cü yeri tutur.
Fanat.Az