Türkiyə Kubokunda yarımfinal mərhələsinə start verilib. Fanat.Az xəbər verir ki, iki matçdan ibarət mərhələnin ilk qarşılaşmaları çərçivəsində əvvəlcə "Qalatasaray” meydana çıxıb.
İstanbul nəhəngi "Akhisar” səfərinə yollanıb. Qarşılaşmanın gedişində 0:1 hesabı ilə geri düşən "cimbom” son dəqiqələrdə vurduğu qolla əzmkar qələbə qazanıb. Sinan Gümüş komandasını finala yaxınlaşdıran qolu rəqib qapısından keçirib.
Qeyd edək ki, yarımfinalın digər matçında "Fənərbaxça” ilə "Beşiktaş” qarşılaşacaq.
Türkiyə Kuboku
Yarımfinal (ilk oyun)
Akhisar Bələdiyyəspor - Qalatasaray 1:2
Qollar: Seleznyov, 19 - Ahmet Çalık, 21. Sinan Gümüş 88.