"Barselona" Arda Turanı yayda satacaq. Fanat.Az xəbər verir ki, bu barədə "Marca" qəzeti məlumat yayıb.
Qəzet iddia edir ki, "Barselona" yayda "Atletiko"dan Antoine Qrizmannı heyətinə qatmaq istəyir. Amma mövsümün əvvəlindən transferlərə 436 milyon avro xərcləyən kataloniyalılar ən azı 3 oyunçu satmalıdı. Bunlardan biri 2,5 illik "Başakşəhər"ə icarəyə verilən Arda Turan olacaq. "Barselona" həmçinin Rafinya, Pako Alkaker, Denis Suares, Andre Qomes və Aleyks Vidalı da satışa çıxaracaq, hansına yaxşı təklif gəlsə satacaq.
Fanat.Az