Asiya Çempionlar Liqasının qrup mərhələsində IV turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, "Traktorsazi" bu gün Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" klubunu qəbul edib.
Oyun 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 44-cü dəqiqədə qonaqlardan Romarinyo açıb. 78-ci dəqiqədə isə "Traktorsazi"yə bir xal qazandıran bərabərlik qoluna Fərzad Hatəmi imza atıb.
Çempionlar Liqasında 4 oyun keçirən "Traktorsazi" iki heç-heçə edib və son pilləni tutur.
Qeyd edək ki, Təbriz klubuna bir xal qazandıran Fərzad Hatəmi 2008-2009-cu illərdə "Qəbələ"də çıxış edib. Cənubi azərbaycanlı futbolçunun milli komandamıza cəlb olunması gündəmə gəlsə də, bu baş verməmişdi.
Fanat.Az