FIFA Pakistan Futbol Federasiyasının üzvülüyünü bərpa edib. Fanat.Az xəbər verir ki, bu barədə ali futbol qurumu məlumat yayıb.
Açıqlamada bildirilir ki, federasiya rəhbərliyinə kənardan müdaxilə səbəbi ilə 10 oktyabr 2017-ci ildə üzvülüyü dondurulan PFF-nin martın 1-dən səlahiyyətləri ələ alması barədə məlumat verilib. Bu hadisələn sonra üzvlüyü bərpa edilən federasiyanın fəaliyyəti bundan sonra FIFA tərəfindən ciddi şəkildə izləniləcək.
Qeyd edək ki, 2015-ci ildə PFF-nin prezidenti seçilən Faysal Saleh Hayat vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə kənarlaşdırılmış və yerinə məhkəmə qərarı ilə bir idarəçi təyin edilmişdi.
Fanat.Az