İspaniyanın "Atletiko" klubu 120 milyon avroya futbolçu alır. Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi Paulo Dibalanı heyətinə qatır.
İddialara görə, "Atletiko"nun argentinalı baş məşqçisi Dieqo Simeone bu günlərdə həmyerlisi ilə axşam yeməyində görüşüb. İddia olunur ki, madridlilər Dibala üçün 120 milyon avrodan keçməyə hazırlaşır.
Qeyd edək ki, "Yuventus" Dibalanı 2015-ci ildə "Palermo"dan 40 milyon avroya alıb. Hazırda "Transfermarkt"ın 85 milyon avro qiymət qoyduğu 24 yaşlı forvard cari mövsümdə meydana çıxdığı 35 rəsmi matçda 21 qol vurub və 5 məhsuldar ötürmə edib.
Fanat.Az