"Qalatasaray" "Bavariya"nın futbolçusuna elçi düşüb. Fanat.Az Almaniyanın "Kicker" qəzetinə istinadən xəbər verir ki, İstanbul klubu Xuan Bernatı heyətinə qatmaq istəyir.
Bildirilir ki, "Bavariya" yayda sol cinah müdafiəçisi ilə yollarını ayırmaq niyyətindədi. Bu mövqeyə oyunçu axtarışında olan "Qalatasaray" da Bernatı transfer siyahısına salıb. Onun müqaviləsi yayda başa çatacaq. Bu isə İstanbul klubunun 25 yaşlı ispan futbolçunu transfer haqqı ödəmədən heyətinə qatacağı deməkdi.
Qeyd edək ki, "Bavariya" Bernatı 2014-cü ildə "Valensiya"dan 10 milyon avroya alıb. "Transfermarkt"ın hazırda 12 milyon avro qiymət qoyduğu 25 yaşlı futbolçu cari mövsümdə cəmi 7 Bundesliqa matçında oynayıb.
Fanat.Az