Yayda heyətinə bir neçə ulduz futbolçu qatmaq istəyən "Real"ın transfer siyahısındakı iki futbolçunun adı açıqlanıb. Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
İddia olunub ki, "Real" "Mançester Yunayted"dən gənc forvard Markus Raşfordu heyətinə qatmaq istəyir. "Kral Klubu" həmçinin "Roma"dan Edin Dzekonu da transfer siyahısına salıb.
Qeyd edək ki, Markus Raşford "Mançester Yunayted"in yetirməsidi. Hazırda "Transfermarkt"ın 50 milyon avro qiymət qoyduğu 20 yaşlı forvard cari mövsümdə meydana çıxdığı 42 matçda 12 qol vurub və 9 məhsuldar ötürmə edib.
Edin Dzeko 2016-cı ildə "Mançester Siti"dən "Roma"ya 11 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 22 milyon avro qiymət qoyduğu 32 yaşlı forvard cari mövsümdə 37 rəsmi oyuna çıxaraq 17 qol vurub və 5 məhsuldar ötürmə edib.
Fanat.Az