"Arsenal" Türkiyə millisinin gənc üzvü Çağlar Söyüncüyə elçi düşüb. Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
İddia olunur ki, "Arsenal" Almaniyanın "Frayburq" klubunda oynayan 21 yaşlı müdafiəçi üçün 30 milyon funt-sterlinq (təxminən 34 milyon avro) təklif edir. Transfer reallaşsa, Çağlar Türkiyə futbol tarixinin ən bahalı futbolçusu olacaq.
Qeyd edək ki, "Frayburq" Çağları 2016-cı ildə "Altınordu"dan 2,65 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 9 milyon avro qiymət qoyub. 21 yaşlı futbolçu Almaniya klubunun heyətində cari mövsümdə 25 oyuna çıxaraq 1 qol vurub.
Fanat.Az