Türkiyə Super Liqasında XXVIII turun son görüşü "Gənclərbirliyi" və "Qalatasaray" komandaları arasında keçirilib.
Fanat.Az xəbər verir ki, Ankaradakı "19 may" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 90+2-ci dəqiqədə Alper Uludağ vurub.
Qalib komandanın start heyətində Azərbaycan millisinin hücumçusu Deniz Yılmaz da yer alıb. O, 61-ci dəqiqəyədək meydanda olub. Yılmaz 14-cü dəqiqədə əlverişli fürsəti boşa verib. O, təkbətək qaldığı "Qalatasaray"ın qapıçısı Fernando Musleranı keçsə də, müvazinətini itirib və istədiyi zərbəni vura bilməyib.
Bu qələbə sayəsində xallarını 30-a çatdıran "Gənclərbirliyi" 15-ci pilləyə yüksəlib. "Qalatasaray" isə 57 xalla 2-cidir və lider "Başakşehir"dən 2 xal geri qalır.