Almaniya II Bundesliqasında XXXI turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Aue” millimizin sabiq üzvü Toğrul Eratın klubu - "Duysburq”u qəbul edib. Qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşan oyunda Erat iştirak etməyib.
Bütün 90 dəqiqəni meydanda olan Nazarov isə 83-cü dəqiqədə, hesab 0:2 rəqibin xeyrinə olarkən komandasının bu matçdakı yeganə qolunu vurub. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
31 oyundan 39 xalı olan "Aue" 13-cü yeri tutur.
Fanat.Az