"Real" yay transfer dövrünə damğa vurmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, Madrid klubunun hədəfindəki futbolçulardan biri də Klian Mbappedi.
"Don Balon"un iddiasına görə, klub prezidenti Florentino Peres fransız ulduz üçün 200 milyon avro büdcə ayırıb.
Qeyd edək ki, Mbappe hazırda PSJ-də çıxış edir. Gənc futbolçunu "Monako"dan icarəyə götürən Paris klubu yayda 180 milyon avro ödəyərək onun transfer hüququnu alacaq. Amma PSJ UEFA-nın "Maliyyə Fair-Playı" qaydalarına "ilişib" və barəsində araşdırma başlayıb. Bu səbəbdən fransızlar transferdən vaz keçə bilər.
Onu da qeyd edək ki, Mbappe bu mövsüm 42 rəsmi oyunda 21 qol vurub və 11 məhsuldar ötürmə edib.
Fanat.Az