Arsen Vengerin mövsümün sonunda yollarını ayıracağı "Arsenal"ın yeni baş məşqçisi böyük ölçüdə müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun icraçı direktoru İvan Qazidis açıqlama verib.
Onun sözlərinə görə, yeni baş məşqçi hazırda "Mançester Siti"də Pep Qvardiolanın köməkçisi olan Mikel Arteta ola bilər.
"Arsenal" yeni baş məşqçiyə böyük transfer büdcəsi verməyəcək. "The Telegraph"ın iddiasına görə, klub yayda transferlərə cəmi 50 milyon funt-sterlinq ayıracaq.
Qeyd edək ki, Mikel Arteta futbolçu karyerası ərzində "Barselona", PSJ, "Reyncers", "Real Sosyedad", "Everton" və "Arsenal"da çıxış edib. O, karyerasını 2016-cı ildə London klubunda bitirib. İspaniya yığmasının sabiq üzvü olan 36 yaşı mütəxəssis 2016-cı ildən Qvardiolanın köməkçisidi.
Fanat.Az