Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, "Marsel" ötən axşam "Zalsburq"u qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 15-ci dəqiqədə Florian Tauvin açıb. 63-cü dəqiqədə isə Klinton N'Jie ikinci qolu vurub. O, meydana çıxdıqdan 3 dəqiqə sonra fərqlənib.
Fanat.Az