"Liverpul" "Lion"dan Nabil Fekiri heyətinə qatır.
Fanat.Az xəbər verir ki, iki klub arasında danışıqlar yekunlaşıb və bütün məsələlər razılaşdırılıb. "Liverpul" 24 yaşlı yarımmüdafiəçi üçün "Lion"a 70 milyon avro ödəyəcək.
İddialara görə, "Liverpul"la "Lion" arasında Nabil Fekirin kiçik qardaşı Yassin Fekirin keçidi ilə bağlı da danışıqlar yekunlaşıb. 21 yaşlı hücumçu bir müddət İngiltərə klubunun U-23 komandasında forma geyinəcək.
Qeyd edək ki, Fransa millisinin Əlcəzair əsilli üzvü Nabil Fekir "Lion"un yetirməsidi. Hazırda "Tranfsermarkt"ın 50 milyon avro qiymət qoyduğu yarımmüdafiəçi cari mövsümdə keçirdiyi 38 oyunda 22 qol vurub və 7 məhsuldar ötürmə edib.
Fanat.Az