İtaliya A Aseriyasında 2017-2018 mövsümünün qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Yuventus” mövsümün sonuna bir tur qalmış çempionluğunu rəsmiləşdirib.
Turin klubu 37-ci turda səfərdə "Roma” ilə keçirilən oyunda qolsuz heç-heçə ilə xalını 92-ə çatdıraraq ən yaxın izləyicisi "Napoli”ni 3 xal qabaqlayıb.
Bununla da "qoca sinyora” ardıcıl 7-ci, tarixində 34-cü dəfə İtaliya çempionu olub.
Fanat.Az