İngiltərə Federasiya Kubokunun final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, həlledici matçda "Çelsi" və "Mançester Yunayted" qarşılaşıb.
Londondakı "Uembli" stadionunda baş tutan qarşılaşmanın taleyini bir qol həll edib. 22-ci dəqiqədə penaltini qola çevirən Eden Hazard "Çelsi"yə qələbə qazandırıb - 1:0.
London klubu tarixində 8-ci dəfə Federasiya Kubokuna sahib çıxıb. "Mançester Yunayted" isə 13-cü dəfə bu kuboku muzeyinə aparmaq şansını itirib.
Fanat.Az