İngiltərə Premyer Liqasında II turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Mançester Siti" bu turda "Huddersfild"i qəbul edib. Oyun "şəhərlilər"in 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Mançester Siti"nin heyətində Serxio Aquero het-trik edib, Qabriel Xesus və David Silva hərəyə bir qol vurub. Daha bir topu qonaqların Terense Konqolo öz qapısına vurub. "Huddersfild"in qoluna isə Con Stankoviç imza atıb.
Fanat.Az