10:51 24.09.2018 1190

FIFA bu gün ən yaxşıları açıqlayacaq

Bu gün FIFA dünyanın ən yaxşı baş məşqçisi və futbolçusunun adını açıqlayacaq

Bu gün Böyük Britaniyanın paytaxtı Londonda FIFA "The Best” mükafatının təqdimat mərasimi keçiriləcək.

Fanat.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 22.30-da başlayacaq mərasimdə 2018-ci ilin ən yaxşıları elan ediləcək. Tədbirdə FIFA-nın üzvü olan 211 milli assosiasiyanın baş məşqçiləri və 6 konfederasiyanın nümayəndələri iştirak edəcək.

Azərbaycanı tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və AFFA-nın texniki direktoru Bernhard Lippert təmsil edəcək. Milli komandamızın və "Qarabağ"ın baş məşçisi Qurban Qurbanov dünən "Qəbələ" ilə baş tutan oyunun vacib olduğunu əsas gətirərək tədbirə qatılmaqdan imtina edib.

Qeyd edək ki, "The Best" üzrə 2018-ci ilin ən yaxşı futbolçusu adına xorvatiyalı Luka Modriç ("Real"), misirli Məhəmməd Salah ("Liverpul") və portuqaliyalı Kriştiano Ronaldo ("Yuventus") namizəddi.

Ən yaxşı baş məşqçi namizədləri Fransa yığmasını dünya çempionu edən Didye Deşam, onun həmyerlisi, "Real"la Çempionlar Liqasını qazandıqdan sonra istefa verən Zinəddin Zidan və Xorvatiya millisi ilə dünya çempionatının gümüş medalını qazanan Zlatko Daliçdi.

Tədbirdə həmçinin ən yaxşı qadın baş məşqçi, ən yaxşı qapıçı, ən yaxşı qol və ən yaxşı azarkeş aksiyası nominasiyaları üzrə qaliblər də elan olunacaq. Bundan başqa, FIFA-nın "Fair Play” müskafatı təqdim edəcək. Həmçinin, FIFA/FIFPro World 11 versiyasına əsasən, ilin simvolik komandası açıqlanacaq.

Qeyd edək ki, ilin ən yaxşı futbolçusu milli komandaların baş məşqçi və kapitanları, eləcədə jurnalistlərlə azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşdirilir. Ötən il bu mükafata Portuqaliya millisinin və İtaliyanın "Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo layiq görülüb. Bu dəfə son 12 ildə ilk dəfə olaraq Argentina millisinin və "Barselona”nın hücumçusu Lionel Messi ən yaxşı futbolçu nominasiyası üçün yekun siyahıda yer almayıb.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

Facebookdan bizi izləməyi unutmayın.
X