Ukraynanın "Olimpik” (Donetsk) klubunun azarkeşləri "Qəbələ"nin sabiq futbolçusu Aleksey Qayı separatçılıqda ittiham edib.
Fanat.Az xəbər verir ki, ölkəmizdən ayrıldıqdan sonra Rusiyanın "Kuban" klubunda çıxış edən 36 yaşlı yarımmüdafiəçi bir neçə gün əvvəl Donetsk klubu ilə müqavilə imzalayıb. Amma azarkeşlər "Çernomorets”lə debüt oyununda onu heç də xoş qarşılamayıb.
Qayı fitə basan fanatlar "Lyoşa, sənə "Kuban”da nə qədər verirdilər?” və "Qay - separ” (Qay - separatçı) şüarları səsləndiriblər. Bununla onlar futbolçunun son iki mövsümdə "Kuban”ın formasını geyinməsinə və "Çernomorets”də çıxış etdiyi vaxt Ukrayna ordusuna dəstək aksiyasına qoşulmamasına etiraz ediblər.
Qeyd edək ki, Qay 2015-ci ilin yanvarından 2016-cı iin yayınadək "Qəbələ"də çıxış edib. Bu müddətdə
Qeyd edək ki, Aleksey Qay "Qəbələ”də 2015-ci ilin yanvarından 2016-cı ilin iyununadək çıxış edib. Bu müddətdə 63 oyuun keçirib, 14 qol vurub və 2 məhsuldar ötürmə edib. O, əvvəllər vətənində "Şaxtyor", "İlliçivets" və "Çornomorets" klublarında çıxış edib, Ukraynanın əsas millisində keçirdiyi 29 oyunda bir qola imza atıb.
Fanat.Az