Türkiyə Super Liqasının XIV turunda "Trabzonspor" səfərdə "Kayserispor"u 2:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, 74-cü dəqiqədə meydana çıxan Kaleb Ekuban 8 dəqiqə sonra hesabı açıb. Bir neçə gün əvvəl anasını itirən qanalı futbolçu qol vurduqdan sonra göz yaşlarını saxlaya bilməyib. O, qolunu mərhum anasına həsr edib.
Fanat.Az