"Liverpul"un baş məşqçisi Yurgen Klopp növbəti dəfə hərəkəti ilə diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, mütəxəssis Premyer Liqanın XIX turunun "Nyukasl"la oyunundan öncə mətbuat konfransında mahnı oxuyub.
Belə ki, jurnalistlərin önünə yüksək əhval-ruhiyyədə çıxan Klopp klubun mətbuat katibinin doğum günü münasibətilə media nümayəndələrinin qarşısında "Happy birthday to you" (Doğum günün mübarək) mahnısını oxuyub.
O, səbəbkara ürək sözlərini bu sözlərlə çatdırıb: "Neçə yaşın var? 39? Gələn il daha böyük olacaqsan".
Fanat.Az