"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola transfer bazarının çətinliklərindən danışıb.
Fanat.Az xəbər verir ki, kataloniyalı mütəxəssis klub olaraq maddi vəziyyətlərinin bilindiyi qədər yüksək olmadığı deyib:
"Əgər bir oyunçunu almağa tək namizədsinizsə, onda transferi rəsmiləşdimək asandı. Amma eyni vaxtda bir çox klub maraqlanırsa, iş çətinləşir. Xüsusilə, əgər "Real" və "Barselona" ilə rəqabət aparırsınızsa, uduzursunuz. Bizim maliyyə vəziyyətimiz Avropada 8, 9 və ya 10-cu sıradadı. Bir çox məsələlərdə stabil olmağa çalışırıq".
Fanat.Az