Braziliya millisinin sabiq yarımmüdafiəçisi Rivaldo məşqçilik karyerasına başlayır.
Fanat.Az xəbər verir ki, o, Mərakeşin III Divizion klubu olan "Şabab Mohammedia"da işə başlayacaq.
Bu barədə klubun rəsmi "facebook" səhifəsi məlumat yayıb. 6 yaşlı braziliyalı gələn mövsümə kimi komandaya başçılıq edəcək.
Qeyd edək ki, Rivaldo 2015-ci ildə futbolçu kimi karyerasını başa vurub. O, "Deportivo", "Barselona", "Milan", "Olimpiakos", AEK, "Bunyedkor", "Kabuşkorp", "Santa-Kruz", "Moji Mirin", "Korintians", "Palmeyras", "Kruzeyro", "San Paulu" və "San-Kaetano" kimi klublarda çıxış edib. Braziliya millisində isə 74 matça çıxan yarımmüdafiəçi 34 qola imza atıb.
Fanat.Az