Almaniyanın 5-ci liqasında (Oberliqa) çıxış edən "Kloppenburq" klubunun qadın baş məşqçisi İmke Vuebbenhorst maraqlı açıqlaması ilə diqqəti çəkib.
Fanat.Az "Euronews"a istinadən xəbər verir ki, Almaniyada ilk dəfə bir kişi komandasına başçılıq edən qadın kimi tarixə düşən 30 yaşlı mütəxəssis yerli medianın suallırını cavablandırıb.
O, bir jurnalistin "Paltardəyişə otağına daxil olarkən futbolçuların üst geyimlərini geyinməsi ilə bağlı xəbərdarlıq edirsiz" sualına Vuebbenhorst bele cavab verib: "Əlbətdə yox. Mən peşəkaram. Heyəti onların cinsiyyət orqanı ölçüsünə görə qururam".
Qeyd edək ki, 2016-cı ilə qədər peşəkar olaraq futbol oynayan Vuebbenhorst 28 yaşında məşqçiliyə başlayıb. O, ötən il "Kloppenburq"un baş məşqçisi təyin edilib.
Fanat.Az