UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarında istifadə ediləcək rəsmi topu təqdim edib.
Fanat.Az xəbər verir ki, top "Adidas” şirkəti tərəfindən hazırlanıb.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunlar 12-13, 19-20 fevralda, cavab görüşləri 5-6 və 12-13 martda təşkil olunacaq. 1/4 finala vəsiqə uğrunda aşağıdakı oyunlar baş tutacaq:
"Şalke 04" (Almaniya) - "Mançester Siti" (İngiltərə)
"Atletiko" (İspaniya) - "Yuventus" (İtaliya)
"Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa)
"Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)
"Lion" (Fransa) - "Barselona" (İspaniya)
"Roma" (İtaliya) - "Portu" (Portuqaliya)
"Ayaks" (Hollandiya) - "Real" (İspaniya)
"Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya)
Fanat.Az