Bolqaarıstan futbolunun əfsanəsi Dimitar Berbatov yaşıl meydanlara dönüb.
Fanat.Az xəbər verir ki, "Bayer", "Tottenhem", "Fulhem", "Monako", PAOK və "Mançester Yunayted" kimi komandalarda oynamış futbolçu sonuncu dəfə Hindistanda "Kerala Blasters"in formasını geymişdi.
Uzun müddətdi ortalarda görünməyən 37 yaşlı futbolçu yenidən ölkəsində yaşıl meydanlara qayıdıb. Bolqarstanın birinci liqasında mübarizə aparan və hazırda 4-cü pillədə qərarlaşan "Beroe Stara Zaqora"nın məşqlərinə qatılan Berbatovun rəhbərliklə görüşmələrə başladığı bildirilib.
Ulduz futbolçunun yaxın günlərdə komandanın üzvü olacağı gözlənilir.
Fanat.Az