"Real"ın müdafiəçisi Marselo karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Xəbərə görə, onun xidmətində "Yuventus" maraqlıdır. Sabiq "Real"lı Kriştianu Ronaldo tez-tez əlaqə saxladığı Marselonun İtaliyaya gəlməsində maralıdır.
Ancaq Madrid klubunun futbolçunu buraxmaq niyyətində olmadığı vurğulanır.
Qeyd edək ki, Marselonun "Real"la müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Fanat.Az