Uelsin "Kardiff Siti" klubunun futbolçusu Emiliano Sala itkin düşüb.
Fanat.Az Mirror-a istinadən xəbər verir ki, Fransanın Nantes şəhərindən Uelsin paytaxtı Kardiffə doğru yola düşən şəxsi təyyarə yoxa çıxıb. Həmin təyyarədə Salanın olduğu təxmin edilir. Bu barədə Fransa polisi məlumat yayıb.
Qeyd edək ki, əslən Argentinadan olan 28 yaşlı Emiliano Sala "Kardiff Siti"yə 15 milyon funt sterlinqə transfer edilmişdi.
Fanat.Az