Ukrayna millisinin üzvü Yaroslav Rakitski "Şaxtyor"dan ayrılıb.
Fanat.Az xəbər verir ki, 30 yaşlı müdafiəçinin Donetsk klununu tərk etməsinin səbəbi "Zenit"ə keçməkdi. Sankt-Peterburq klubu ona görə "Şaxtyor"a 10 milyon avro ödəməyə hazırdı. Lakin "Şaxtyor" 14 milyon avro tələb edir.
Qeyd edək ki, Rakitski "Şaxtyor"un yetirməsidir. O, Donetsk komandasında 2009-cu ildən çıxış edir və 6 dəfə Ukrayna çempionu və eyni sayda ölkə kubokunun sahibi olub. "Zenit" müqavilə qarşılığında ukraynalı müdafiəçiyə 5 milyon avro birdəfəlik mükafat da vəd edib.
Fanat.Az