2018-ci ildə Rusiyada keçirilən dünya çempionatını izləmək üçün qonşu ölkəyə gələn 650 min turistdən 5 mini hələ geri dönməyib.
Fanat.Az xəbər verir ki, mundialı izləmək üçün gələn turistlərə ölkədə ilin sonuna qədər qalmaq icazəsi verilmişdi. 2018-in sonuna qədər qalan 12 min turistin yarıdan çoxu Rusiyanı tərk edib. Hüquq-mühafizə orqanlarının bütün səylərinə rəğmən 5500-dən artıq qonaq qeyri-qanuni yollarla Rusiyada qalıb. Onların mart ayının sonunadək ölkəni tərk edəcəyi gözlənilir.
Fanat.Az