Türk aktrisa Sera Tokdemir bir neçə gün əvvl infarktdan ölən keçmiş həyat yoldaşı, veteran futbolçu Göksel Gencer üçün vida mesajı yayımlayıb.
Fanat.Az xəbər verir ki, aktrisanın sosial mediadakı paylaşımı oxuyanları göz yaşlarına boğub:
"7 iyun 2003... Bizimki bir eşq hekayəsi idi. Sonra ayrıldıq, amma həmişə bir arada idik. Yaxşı ki, evlənmişik, yaxşı ki, oğlumun atası sən olmusan. Sevgiylə getdin. Hamımızın bir gün dönəcəyimiz yerdəsən. Boranın qürur duyduğu bir atası var. İnsanlığın adamı, futbolun əfsanəsisən. Səni çox sevirik, atamız. Artıq Alaha əmanətsən".
Qeyd edək ki, Göksel Gencer və Sera Tokdemir 2003-cü ildə evlənib. Onlar 2009-cu ildə boşanıblar. Göksel Gencer yanvarın 24-də evində infarktdan dünyasını dəyişib.
2002-2003-cü illərdə "Beşiktaş"da çıxış edən Göksel Gencer "Silifkespor", "Samsunspor", "Antalyaspor", "Vestel Manisaspor", "Mersin İdman Yurdu" və "Yimpaş Yozqatspor" klublarında oynayıb. 44 yaşında dünyasını dəyişən sabiq qapıçı Türkiyənin U-21 yığmasında forma geyinib.
Fanat.Az