Mövsümün ikinci yarısına hazırlaşan "Keşlə” daha bir futbolçu ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Diallo Quidileye ilə müqaviləni qarşılıqlı razılaşma əsasında pozub.
Mövsümün gedişində transfer olunan mavritaniyalı Bakı klubunda təxminən 4 ay forma geyib. O, bu müddətdə 8 çempionat və 3 kubok matçına çıxıb. Ancaq keçirdiyi 11 oyunda qol hesabını aça bilməyib.
"Keşlə” afrikalı legionerədək Məmməd Quliyev, Ebrima Sohna, Bahodir Nəsimov, Georgios Georgiadis, Herve Tçami və Elnur Cəfərovla da yollarını ayırıb.
Fanat.Az