İspaniya La Liqasının XXII turunda "Real" doğma meydanda "Alaves"lə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, "Kral Klubu" meydanı 3:0 hesablı qələbə ilə tərk edib. Qollara Kərim Benzema, Junior Viniçius və Mariano imza atıb.
Bu qələbədən sonra "Real" 42 xalla üçünçü pillədə qərarlaşıb və lider "Barselona"dan 8 xal geri qalır. "Alaves" isə 32 xalla 7-ci yeri tutur.
Fanat.Az