İspaniya "Kral Kuboku"nun yarımfinal mərhələsində ölkənin iki nəhəng klubu - "Barselona" və "Real" üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, Barselonada baş tutan "El-Klasiko"da qalib gələn olmayıb - 1:1. Hesabı 6-cı dəqiqədə "Real"dan Lukas açıb. 57-ci dəqiqədə Malkom bərabərliyi təmin edib.
Beləlliklə, finalçının adı fevarın 28-də Madriddə baş tutacaq cavab matçında müəyyənləşəcək.
Fanat.Az