"Mançester Yunayted"dən istefaya göndərildikdən sonra işsiz qalan Joze Mourinyo televiziyada fəaliyyət göstərəcək.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis Rusiyanın RT ("Russian Today") telekanalında veriliş aparıcısı olacaq.
Mart ayından başlayacaq "Joze Mourinyonun Diqqət mərkəzində" adlı şouda aparıcılıq edəcək 56 yaşlı məşqçi oyunlarla bağlı proqnozlar verəcək və Çempionlar Liqasının pley-off qarşılaşmalarına dair ekspert kimi fikirlərini bölüşəcək.
"2018-ci il dünya çempionatını RT-də işıqlandırmaq mənim üçün böyük təcrübə idi. Belə möhtəşəm kollektivlə işləməyə davam edə bildiyim üçün çox xoşbəxtəm" deyə Mourinyo yeni işi ilə bağlı danışarkən bildirib.
Fanat.Az