Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi Mirça Luseçkunu istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə TFF rəsmi açıqlama yayıb. Bildirilib ki, federasiyanın İdarə Heyəti Luçesku ilə müqavilənin qarşılıqlı razılıq əsasında pozulması ilə bağlı anlaşma əldə edib. TFF Luçeskuya təşəkkür edib.
İclasdan sonra açıqlama verən rumın mütəxəssis "Türkiyə millisinin heyətini yeniləmək və gəncləşdirmək məqsədi ilə çıxdığımız yolda fəaliyyətimizi tamamladığımıza inanıram. Yaxınlaşmaqda olduğumuz "AVRO-2020"nin seçmə mərhələsi öncəsi TFF rəhbərliyinin və yeni baş məşqçinin önünü açmaq üçün qarşılıqlı anlaşaraq bu qərarı verdik" deyib.
Fanat.Az