"Real"ın sabiq futbolçusu Alvaro Arbeloa Lionel Messi və "Barselona" ilə bağlı açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, 2016-cı ildə karyerasını bitirən ispan müdafiəçi argentinalı hücumçunu izləməkdən zövq almadığını deyib.
"Barselona"ya hörmətim var. Super komandadı və Messi kimi super bir futbolçuya sahibdi. Amma yenə də onu izləyərkən zövq ala biləcəyimi düşünmürəm. Ümid edirəm ki, tezliklə karyerasını bitirəcək. Bunun üçün günləri sayıram" deyə Arbeloa "Marca"ya açıqlamasında bildirib.
"Real"la yanaşı, "Deportivo", "Liverpul" və "Vest Hem"in formasını geyinən veteran futbolçu hər zaman "Barselona"nın xal itirməsini arzuladığını deyib: "Mən anti-Barselonalı deyiləm. Amma onların həmişə xal itirməsini istəyirəm. Çünki bu "Real" üçün xeyirli bir şeydi. Hətta onların məşqdə belə uduzamasını istəyirəm. Çempionlar Liqasında uduzsalar, sevinərəm. Çünki "Real" üçün daha bir rəqib azalmış olar".
Qeyd edək ki, Arbeloa "Real"ın yetirməsidi. 2001-ci ildən 2006-cı ildən bu komandada çıxış edən müdafiəçi 2009-cu ildə yenidən komandadaya dönüb. 2016-cı ildə "Vest Hem"ə üz tutub və bir il sonra karyerasını bitirib.
Fanat.Az