Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli komandanın yeni baş məşqçisi ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, qatıldığı bir televiziya proqramında bununla bağlı sualı cavablandıran dövlət başçısı millini yerli mütəxəssisin çalışdırmasını istədiyini deyib:
"Yerli və milli olmağı müdafiə edən bir vətəndaş olaraq milli komandaya yerli mütəxəssisin rəhbərlik etməsini istəyirəm".
Ərdoğan Super Liqada bu mövsümdən tətbiq olunan VAR sistemi ilə bağlı da danışıb: "VAR sistemində bəzi səhvlər olsa da, faydalı sistemdi. Amma VAR-a nəzarət edəcək "check balance" formasında bir sistem qurulmalıdı".
Qeyd edək ki, Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku bir neçə gün əvvəl istefaya göndərilib.
Fanat.Az