09:15 18.02.2019 1540

“Təsəvvür edin, Barezi ilə eyni masada yemək yeyirdim” - “Milan” və “Cənablar masası” (I hissə)

"Milan”ın məşq meydançası – "Milanello” şəhərin 50 km. şimalında, Varese yaxınlığında yerləşirdi. Solbiate-Arno magistralından çıxanda şəhərin kənarına doğru kələ-kötür bir yola girmək lazım gəlir. Əvvəl sağa, sonra sola dönürsən, 200 m. gedirsən və elektron qapı qarşına çıxır. Artıq "Milanello”dasan. İrəliləyirsiniz, şam və fıstıq ağacları bir-birini əvəzləyir. Bir az da getdikdən sonra ətrafı reklam banerləri örtülü olan toplam 6 məşq meydançası ilə qarşılaşırsınız.

Bura "Marsel”in balaca düşərgəsinə bənzəmirdi. Daha çox mənə "Nant”ın təsislərini xatırladırdı: eyni rahatlıq və sonsuzluq hissi. Bura gələn hər kəs gözəl xatirələrin yaşanacağı ailə evinə gəlmiş kimi hiss edirdi. "Milanello" 1963-cü ildə inşa edilmişdi. İllər keçməsinə baxmayaraq, "Milanello” hələ də "Milan”ın güc simvolu idi.

Avtomobil dayanacağının yanındakı əsas binada paltardəyişmə otaqları, rəhbərlik üçün nəzərdə tutulmuş otaqlar, mətbuat konfransı üçün ayrılmış zal və restoran var idi. Yuxarı mərtəbələrdə isə oyunçuların matçlara tam konsentrasiya olması üçün hazırlanan otaqlar yerləşirdi. Otaqlardan biri Silvio Berluskoniyə məxsus idi. Ancaq o, cəmi bir dəfə - 1989-cu ildə "Milan”ın "Verder Bremen”lə oynayadığı matçdan əvvəl burada qalmışdı.

"Milanello”nun 14 işçisi 24 saat futbolçuların xidmətində idi. Hər şey oyunçuların rahatlığı üçün dizayn edilmişdi. Məsələn, Fransadakı kimi, yalnız rəndələnmiş kök yemək məcburiyyətində deyildiniz. Əksinə, olduqca keyfiyyətli və zəngin mətbəxləri var idi. Hətta yemək kitablarında mütləq oradan bəhs edilməlidi. Xəmir məhsullarından ibarət olan menyuların sayı-hesabı yox idi. Geyiminə xüsusi önəm verən ofisiantlar həmişə xidmətimizdə idi. Hər gün oyunçular məşqdən sonra, evlərinə getməmişdən və ya yatmamışdan öncə yemək saatında burada bir araya gəlirdilər.



"Milan”dakı ilk günlərimdə narahatlığıma səbəb olan tək şey məşqçi Kapello ilə tanışlıq məsələsi idi. Kapello əla insandı, ancaq bütün italyan məşqçilər kimi, o da sərt və kompromisə getməyən bir kimi tanınırdıı. Daha sonra Kapellonun köməkçisi İtalo Qalbyati ilə danışanda məni gözləyən əsl problemin nədən ibarət olduğunu anlamışdım: Kapello "Milan”ın məni "Marsel”dən transfer edəcəyindən xəbərsiz imiş. Sən demə, son anda Ariedo Brayda transferin reallaşması üçün hər yola əl atanda proseslərdən xəbər tutub. Normal olaraq, nə Kapello, nə də köməkçisi məni hansı mövqedə oynadacaqlarını bilmirdilər. Bunun üçün zamanları olmamışdı. Görəsən, "Marsel”də olduğu kimi, müdafiədə oynayacaqdım? Yox, ola bilməz, Tassotti-Kostakurta-Barezi-Maldinidən ibarət arxa xətt dünyanın ən yaxşısı idi. Yaxşı, bəs yarımmüdafiədə Bobanın yerində oynamaq ehtimalı varmı? Azından bu, daha realdı. "Desayi niyə elə gözünü mənə zilləyir?” – görəsən, Fabio Kapello özünə bu sualı verib. "Nant” və ya "Marsel”, fərqi yoxdu, heç bir klubda məşqlər ərəfəsində üzərimdə bu qədər təzyiq hiss etməmişdim. Bir şey də var: fiziki baxımdan heç vaxt bu qədər hazır olmamışdım. Formamın zirvəsində idim. Hər şey "Milanello”da bəlli olacaqdı.

Yeni komanda yoldaşlarım Çempionlar Liqasını qazanan klubdan gəldiyim üçün mənə hörmət edirdilər. Ancaq Münhendəki final artıq geridə qalmışdı. Pis xatirələrə yer yox idi. Onların düşüncəsinə görə, finalı "Marsel” udmamışdı, sadəcə, fərdi, hətta professional bir neçə xəta səbəbindən "Milan” özü uduzmuşdu. Məni nə çox isti, nə də soyuq qarşıladılar. "Salam, "Milan”a xoş gəlmisən. Artıq sən bizə uyğunlaşmağa çalışmalısan. Cəhd etməyə başlasan, yaxşı olar” – tərzində bir şey.

Aralarında ən çox Paolo Maldinini sevmişdim. Ulduz olsa da, burnu havada deyil. Gülüşünü sevirdim. Kapello-Berluskoni tandeminin əsas oyunçusu, nümunəvi "Milan”lı Franko Barezi daha soyuq biri idi. Əlimi sıxdı, üzümə qısaca baxdı, sonra dərhal işinin başına qayıtdı.



Yaxşı ki, Papen mənə kömək edirdi. Berluskoninin tapşırığına əsasən, mənə yol göstərir, sanki uzun illər birlikdə oynamış dostu kimi, məni digərlərinə təqdim edirdi. Mən isə onun Fransa üçün darıxmasını az da olsa əngəlləyirdim. Çamadanlarımda özümlə Marsel günəşi gətirmişdim. Xeyirxah və sevimli biri idi. Onu tanıdıqdan sonra "Marsel”də oynadığı dönəmdə haqqında çıxan söz-söhbətlərin nə qədər yanlış olduğunu başa düşdüm.

İtalyan dilini o qədər də yaxşı bilmirdim. Jan-Pyer Papen bu mövzuda da mənə yardımçı olurdu. Onun yanında özümü dərs ilinin ortasında sinif dəyişən, yeni sinif yoldaşlarından sadəcə birini tanıyan şagird kimi hiss edirdim. İlk gün "Milanello”da məni yemək masasına dəvət etmişdi.

Burada yemək yemək rituallardan biridi. Hər masada 6 nəfər oturardı. Komandanın özəyini təşkil edən italyanlar – Barezi, Donadoni, Maldini, Kostakurta və Tassotti ilə birlikdə yemək yeyən tək xarici oyunçu Papen idi. "Cənablar masası” "Milanello”nun beyni idi.

Əvvəl "Nant”da, sonra isə "Marsel”də bir çox böyük ulduzla birlikdə oynamışdım, ancaq onların heç biri buradakılar qədər heyrətimə səbəb olmamışdı. Özümü Harrison Ford və Bryus Uillislə yemək yemək üçün Hollivuda gedən fransız aktyor kimi hiss edirdim. Onlar danışırdılar, Papen tərcümə edirdi, ancaq ağlım başqa yerdə idi. Çəngəl-bıçağı səhv əllə tutmaqdan, spagettini onlar kimi yeməməkdən qorxurdum. Franko Barezi... Eh, düşünün, Barezi ilə eyni masada yemək yeyirdim - 1974-cü ildə, mənim 14 yaşım olanda "Milan”a gələn biri ilə. Mən o vaxt anam və "mister”lə (ögey atası) Nantdaydım, ibtidai sinifdə oxuyurdum... (ardı var)

Marsel Desayi – "Kapitan”

Tərcümə və uyğunlaşdırma: Rüfət Məcid
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X