İngiltərə Federasiya Kubokunun 1/8 final mərhələsində "Çelsi" və "Mançester Yunayted" üz-üzə gəlib.
Fanat.Ax xəbər verir ki, Londondakı "Stemford Bric" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 31-ci dəqiqədə Anre Errera və 45-ci dəqiqədə Pol Poqba vurub.
Bununla da "Mançester Yunayted" 1/4 finala yüksəlib. "Qırmızı şeytanlar" "zadəganlar"a 25 fevral 2018-ci ildən sonra ilk dəfə qalib gəliblər. Federasiya Kubokunda isə mançesterlilər London komandasını 1999-cu ildən sonra ilk dəfə yeniblər.
Fanat.Az