PSJ Fransa Liqa 1-də növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Paris klubu XXVI turda "Nim"i qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Klian Mbappenin dubl etdiyi oyunda Kristoper Nkunku bir qol vurub.
Bu qələbə ilə xalını 68-a yüksəldən paytaxt təmsilçisi liderliyi möhkəmlədib. "Lill" 51 xalla 2-i, "Lion" 46 xalla 3-cüdü.
Fanat.Az