Türkiyə Super Liqasında XXIII tur yekunlaşıb.
Fanat.Az-ın məlumatına görə, turun son matçı İstanbulda oynanılıb.
"Beşiktaş” bu mövsüm özünə bənzəməyən "Fənərbaxça”nı qəbul edib.
"Qartallar" ilk yarıda 3 top vursa da, "Fənər" derbidə inanılmaz geri dönüşə imza atıb. "Bülbüllər” ikinci yarıda "oxumağa başlayıb". 67-ci dəqiqəyə qədər bütün qolların əvəzini çıxan qonaqlar stadiona toplaşanlara futbol adına gözəl anlar yaşadıb.
Qeyd edək ki, hazırda 23 oyundan sonra aktivində 40 xal olan "Beşiktaş” turnir cədvəlinin 3-cü, "Fənərbaxça” isə 25 xalla 14-cü pillədə qərarlaşıb.
Türkiyə Super Liqası
XXIII tur
Beşiktaş – Fənərbaxça 3:3
Qollar: Gökhan Gönül, 10, Burak Yılmaz, 18, 45+2 – Zayç, 55, Sadık Çiftpınar, 61, Hasan Ali Kaldırım, 67.
Fanat.Az