"Barselona" 24 yaşlı yarımmüdafiəçisi Serxi Samperlə vidalaşıb.
Fanat.Az xəbər verir ki, bu haqda klubun rəsmi saytında informasiya yerləşdirilib.
Orta xətt oyunçusu ilə müqaviləyə xitam verilib. Dayaq yarımmüdafiəçisi daha məşhur "Barsa”lının - Andres İnyestanın da formasını geyindiyi Yaponiyanın "Vissel Kobe" klubu ilə 4 illik sözləşmə imzalayıb.
"Barselona"nın öz yetirməsi olan Samper bu günədək əsas komandada 13 matça çıxıb.
Fanat.Az