ABŞ-ın qadınlardan ibarət futbol çempionatında çıxış edən "Orlando Pirates"in hamilə futbolçusu Sidney Lerouks komandanın təlim-məşq toplanışına qatılıb.
Fanat.Az xəbər verir ki, 28 yaşlı futbolçu 5,5 aylıq hamilə olduğunu açıqlayıb. Məşqdən fotosunu paylaşan futbolçu "5,5 aylıq hamilə olduğum zaman məşqə çıxacağımı heç vaxt düşünməmişdim. Ancaq indi burdayam" yazıb.
Onun bu paylaşımı rekord sayda "like" yığıb və paylaşılıb. Lakin əksər sosial media istifadəçisi onun hamilə olduğu halda məşqə çıxmasının doğma olmadığını yazıb. Bu şərhlərdən sonra Sidney Lerouks sosial media vasitəsi ilə yenidən açıqlama verərək topla çalışmadığını, toqquşmalardan qaçdığını, həkimlərin tövsiyyəsi ilə məşq etdiyini və uşağının həyatını təhlükəyə atacaq məşqlər etmədiyini bildirib: "Təbii ki, həkimim sağlamlığımla bağlı mənə sosial mediada vücuduma nələri edib-etməyəcəyimi söyləyənlərdən daha çox məlumata sahibdi".
Fanat.Az