Bir həftə ərzində iki dəfə "Barselona"ya uduzan, Çempionlar Liqasının ilk oyununda məğlub etdiyi (2:1) "Ayaks"a yenilərək (1:4) mübarizəni dayandıran "Real"da vəziyyət ürəkaçan deyil. "Kral Klubu"nun azarkeşləri Santyaqo Solari və prezident Florentino Peresin istefasını tələb edir.
Fanat.Az xəbər verir ki, baş məşqçi bununla bağlı sualı cavablandırıb və istefa vermək niyyətində olmadığını bildirib:
"Mən bura çətin gündə komandanı qoyuq qaçmaq üçün gəlmədim. Mövsüm davam edir. Əlimizdə La Liqa var".
Qeyd edək ki, La Liqada 26 turdan sonra 48 xalla üçüncü pillədə qərarlaşıb. "Kral Klubu" lider "Barselona"dan 12, ikinci pillədəki "Atletiko"dan 5 xal geri qalır.
Fanat.Az