Çempionlar Liqasında dünən keçirilən oyunlarla son 1/4 finalçılar müəyyənləşib.
Fanat.Az-ın məlumatına görə, "Barselona" "Lion"u yenərək mübarizəni davam etdirib.
Kataloniya təmsilçisinin 5:1 hesablı zəfəriylə başa çatan cavab görüşündən sonra "Barsa”nın superulduzu Lionel Messi açıqlama verib:
"Hesab 2:1 olanda narahat olduq. "Lion" həmin qola qədər bizə ciddi problem yaratmamışdı. Yaxşı ki, üçüncü qolu vurduq və topa nəzarəti ələ keçirdik. Turnirin favoriti çoxdu. Bundan sonra daha yaxşı oynamalıyıq, çünki əsas çətin məqam yeni başlayır. Potensial rəqiblərin hamısı güclüdü. Xüsusən də, gənclərdən qurulan və heç kimdən qorxmayan "Ayaks"ı qeyd edərdim. Dünən "Yuventus" və Ronaldonun etdikləri də inanılmaz idi. "Atletiko"nun güclü olacağını düşünürdüm, amma Kriştiano möhtəşəm gecə yaşadı".
Fanat.Az